ABŞ-ın immiqrantlar barədə öhdəliyi xatırladıldı – Fakt qarşısında qalan Tramp qəzəbləndi

3,948 oxunub

ABŞ prezidenti Donald Tramp Avstraliyanın Baş naziri Malkolm Ternbul ilə telefon danışığını xarici liderlərlə danışıqları içərisində ən pisi adlandırıb.

AzNews.az "The Washington Post”a istinadən xəbər verir ki, danışığın 1 saat davam edəcəyi planlaşdırılsa da, Tramp 25-ci dəqiqədə dəstəyi yerə qoyub. Nəşrin məlumatına görə, Tramp Baş nazir Avstraliyadan qaçqınların alınması barədə öhdəliyi xatırlatdığı zaman qəzəblənib.

Qəzəbi keçməyən Tramp "Twitter” hesabında da narazılığını ifadə edib: "İnana bilirsiniz? Obama adminstrasiyası Avstraliyadan minlərlə qeyri-leqal immiqrantı qəbul etməyə razılaşıb. Nə üçün? Mən bu lənətə gəlmiş sazişi incələyəcəyəm.”

Yenizaman.az

.
Təqvim