
Dünyada baş verən hadisələr uşaqlara da təsir edir.
"RİA Novosti"-nin verdiyi xəbərə görə, ABŞ-ın BMT-dəki təmsilçisi Samanta Pauer zarafatla azyaşlı oğlunun onu "Rusiya ilə hədələməsindən" danışıb.
"Oğlum məndən küsəndə deyir: "Səni görmək istəmirəm. Mən Putinin yanına, Rusiyaya gedəcəyəm". Bununla belə o, çox həssas və məsuliyyətlidir. Ana olaraq, vəzifəm uşaqlarıma pis və yaxşını izah etməkdir", - deyə Pauer bildirib.
.