ABŞ-ın Baş Qərargah rəisi IŞİD-in qısa müddətdə Suriyadakı kürd şəhəri Kobanini alacağına inandığını bildirib.
Martin Dempsey "Qorxuram ki, Kobani təslim olacaq" deyib. Dempsey IŞİD-in şəhər ətrafına yığıldığını qeyd edib.
Türkiyəli həmkarı ilə görüşdüyünü bildirən Dempsey IŞİD-in qarşısını almaq üçün Türkiyənin sərhədə əlavə qüvvə yerləşdirdiyini əlavə edib.
IŞİD döyüşçülərini havadan vurmağın getdikcə daha çətinləşdiyini qeyd edən Dempsey "Elektron alətləri istifadə etmək məsələsində daha aktivləşirlər. Əvvəl etdikləri kimi bayraq yelləmirlər, böyük dəstələr halında hərəkət etmirlər" deyib (Avropa.info).
.