“Sürətli bərpa işlərinin aparılması çox müsbət haldır. Regional nəqliyyat dəhlizləri, regional əməkdaşlıq dəhlizləri haqqında danışarkən demək istəyirik ki, ABŞ bütün regional əlaqələrin qurulmasında - bunlar quru nəqliyyatı, dəmiryolu nəqliyyatı, hava nəqliyyatı vasitəsilə ola bilər - çox maraqlıdır”.

Bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger Zəngəzur dəhlizinin açılması məsələsinə münasibət bildirirkən deyib.

Səfir ABŞ-ın regionun hər 3 ölkəsi arasında iqtisadi inkişafı təşviq edən bu cür addımları dəstəklədiyini bildirib: “ABŞ tərəflərlə danışıqlar aparmağa davam edir ki, inkişafı dəstəkləyən addımlara öz töhfəsini versin”.

.