ABŞ ordusunun Avropa və Afrikadakı komandanının müavini, Milli Qvardiyanın general-mayoru Maykl Uikman Azərbaycanda səfərdədir.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, səfər zamanı Maykl Uikman hərbi tibb və kibertəhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın gücləndirilməsini müzakirə edəcək.

.