ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərini, eləcə də ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiki dəstəkləyir, onların münaqişə tərəfləri ilə apardığı işi yüksək qiymətləndirir.
Yenizaman.az–ın məlumatına görə, bunu ABŞ-ın ATƏT-dəki missiyası rəhbərinin müavini Keyt Barnes qurumun iclasında çıxışı zamanı deyib.
"Biz ötən il prezidentlərin Soçi, Nyuport və Parisdə baş tutmuş görüşlərini alqışlayırıq. Biz 2015-ci ildə prezidentlər arasındakı dialoqun davam edəcəyini gözləyirik. Münaqişənin sülh yolu ilə həllinin alternativi yoxdur. ABŞ hökuməti dünən baş vermiş insident nəticəsində ölən və yaralananlara görə təəssüf edir, ölənlərin ailələrinə başsağlığı verir. Biz tərəfləri atəşkəs rejiminə riayət etməyə və vəziyyəti gərginləşdirə biləcək addımlardan uzaq durmağa çağırırıq”, - deyə o vurğulayıb.
K. Barnes həmçinin qeyd edib ki, ABŞ Dağlıq Qarabağ probleminin həllində maraqlıdır: "Ceyms Uorlik bu gün dediyi kimi biz sülhün bərqərar olunması üçün tərəflərlə işləməyə hazırıq”.
.