Yeni növ koronavirusun (COVID-19) "Mü" ştammı ABŞ-ın 49 ştatında aşkarlanıb.

COVID-19-un yeni ştammı ABŞ-ın Havay və Alyaska da daxil olmaqla 49 ştatında aşkar edilib. Nebraska yeni ştammın hələ qeydə alınmadığı yeganə ştatdır.

COVID-19-un “Mü” variantı ilk dəfə yanvar ayında Kolumbiyada aşkar edilib və 41 ölkədə qeydə alınıb.

Qeyd edək ki, Kaliforniya ştatında 384 nəfərdə bu ştamm aşkarlanıb.

.