ABŞ Prezidenti Co Bayden, həmçinin Hindistan, Yaponiya və Avstraliya hökumət başçıları Ukraynada uzunmüddətli sülhün bərqərar olmasının zəruriliyindən danışıblar.
Bu barədə QUAD formatında keçirilən danışıqların yekunlarına dair birgə bəyanatda deyilir.
“Biz beynəlxalq hüquqa və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq hərtərəfli, ədalətli və davamlı sülhün zəruriliyini bir daha təsdiq edirik”, - bəyanatda deyilir.
.