ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) "F-16" qırıcısı Yunanıstanın Zakintos adasının yaxınlığında yerləşən Zakintos hava limanında təcili eniş edib.
Bu barədə "Kathimerini" nəşri məlumat yayıb.
Hazırda təyyarəyə dəymiş ziyan qiymətləndirilir.
Yunanıstan Hərbi Hava Qüvvələri Baş Qərargahının mətbuat katibi Konstantinos Qravalos bildirib ki, təlim uçuşu həyata keçirən təyyarə nasazlıq səbəbindən Zakintos hava limanında qəza enişi edib.
"Pilotun vəziyyəti yaxşıdır. İnsidentin səbəbləri araşdırılır", - o qeyd edib.
.
