ABŞ hərbi zabitləri bu gün Rusiya və Belarusun birgə keçirdiyi hərbi təlimləri müşahidə ediblər.

Bu barədə “Reuters“ məlumat yayıb.

Məlumatda deyilir ki, qonaqları qarşılayan Belarusun müdafiə naziri Viktor Xrenin onlara “Sizin üçün maraqlı olan nə varsa, baxa bilərsiniz” bildirib.

Hərbi təlimləri izləyən 23 ölkənin hərbiçilərinin içərisində amerikalılardan başqa NATO-ya daxil olan daha iki ölkənin Türkiyə və Macarıstanın nümayəndələri də yer alıb.

Qeyd edək ki, Rusiya və Belarus cümə günü hər iki ölkənin təlim poliqonlarında “Zapad-2025” adlı hərbi təlimlərə başlayıblar. Bu, Polşanın hava məkanına daxil olan Rusiya dronlarını vurmasından sonra NATO ilə gərginliyin artdığı bir vaxta təsadüf edib.

.