
ABŞ hərbi dəniz qüvvələrinə məxsus Mount Whitney gəmisi Batumi limanına daxil olub.
Milli.az xəbər verir ki, bu barədə "Georgia Online" məlumat yayıb. ABŞ hərbi dəniz qüvvələrinin nümayəndə heyəti Gürcüstana 5 günlük rəsmi səfər çərçivəsində gəlib.
Səfər çərçivəsində Gürcüstanın sahil güvənlik departamenti rəhbərliyi, Acarıstan Muxtar Respublikası rəhbərliyi və Batumi meri ilə görüş olacaq.
Birgə antiterror təlimlərinin keçirilməsi də nəzərdə tutulur.
.