ABŞ Energetika Nazirliyi 2024-cü ildə "Brent" etalon markalı neftin orta qiyməti ilə bağlı proqnozunu 80,89 ABŞ dollarından 80,95 dollaradək yüksəldib.

Yenizaman-ın ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2025-ci ildə “Brent” neftinin orta qiymətinin 76,06 dollar təşkil edəcəyi ehtimal olunur (öncəki proqnoz – 77,59 dollar).

Qeyd olunur ki, 2023-cü ildə “Brent”in orta qiyməti 82,41 dollar təşkil edib.

Hesabata əsasən, WTI (“West Texas Intermediate”) etalon markalı xam neftin bir barelinin orta qiyməti 2024-cü ildə 77 dollar (öncəki proqnoz göstərici – 76,91 dollar), 2025-ci ildə isə 71,6 dollar (öncəki proqnoz – 73,13 dollar) səviyyəsində olacaq.

Hesabatda vurğulanır ki, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2023-cü ildə 77,58 dollar təşkil edib.

.