ABŞ Energetika Nazirliyi 2021-ci ildə "Brent" markalı neftin bir barrel qiymətini ilə bağlı proqnozunu 68,71 dollardan 68,61 dollara qədər aşağı salıb.

Bu barədə ABŞ Energetika Nazirliyinin Enerji Məlumat İdarəsinin hesabatında qeyd olunub.

"Brent" markalı neftin qiymətləri 2021-ci ilin sonuna qədər orta hesabla 71 dollar/barel olacağı gözlənilir. Nazirliyin hesablamalarına görə,"OPEK +" ölkələri tərəfindən neft hasilatının artması və ABŞ-da çıxarılması çətin olan neft hasilatının artması fonunda 2022-ci ildə "Brent" markalı neftin qiyməti 66 dollara düşəcək.

"WTI" markalı neftin qiymətinin 2021-ci ildə 65,69 dollar, 2022 -ci ildə 62,37 dollar olacağı proqnozlaşdırılır.

.