Çərşənbə günü ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycan prezidentlərini döyüşkən ritorikadan çəkinməyə və "mümkün qədər tez zamanda” Parisdə görüşməklə bağlı Fransa rəhbərinin dəvətini qəbul etməyə çağırıb. Turan-ın Vaşinqton müxbiri xəbər verib.
"Biz tərəfləri danışıqlar masası arxasında səyləri artırmağa və diqqəti regiona sülh gətirəcək məqamlara yönəltməyə çağırırıq”, - Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Vaşinqtonda brifinqdə bildirib.
"Məlumdur ki, döyüşkən ritorika və bəyanatlar gərginliyin azaldılması prinsipinə ziddir və biz qəti əminik ki, bu, sülh prosesinə ziddir”, - o vurğulayıb.
Xatırladaq ki, bir neçə gün öncə ABŞ-ın ATƏT-dəki nümayəndəsi Brent Hartli də analoji bəyanatla çıxış edib.
.