
"Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı və aqressiv davranışdan, qonşulara qarşı orta əsr imperiyalarına xas olan münasibətdən imtina etməlidir".
Bunları day.az-a müsahibəsində amerikalı siyasi ekspert Piter Teys deyib.
"Sözsüz ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir, Azərbaycanın yurisdiksiyası altında qalmalıdır ki, müharibədən və günahsız insanların ölümündən xilas olunsun. Hamıya məlumdur ki, beynəlxalq ictimaiyyət bu məsələdə Azərbaycana qarşı səmimidir. BMT Təhlükəsizlik Şurası bunun sübutudur", - o əlavə edib.
.