ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland Azərbaycanda səfərdədir.
Bu barədə APA-ya ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Səfər zamanı R. Hoqlandın Azərbaycan rəsmiləri ilə görüşləri nəzərdə tutulur.
"Diplomatiya və beynəlxalq münasibətlər ailə münasibətləri kimidir. Bəzən hər şey çox yaxşı gedir, mehribançılıq olur, bəzən isə soyuqluq yaranır”.
Bunu ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland ABŞ-la Azərbaycan arasında bir müddət əvvəl müşahidə olunan soyuq münasibətləri şərh edərkən deyib.
"Əsas odur ki, tərəflər bir araya gəlsin, xoş niyyət, qarşılıqlı hörmət göstərib, münasibətləri bərpa etsin”, - deyə o bildirib.
"Mən ABŞ tərəfinin "Yeni İpək Yolu” məsələsinə cəlb olunmuş nümayəndəsiyəm. Azərbaycana səfərimin əsas məqsədi Azərbaycanın xarici işlər naziri ilə "Yeni İpək Yolu” məsələsini müzakirə etməkdir”.

 Bunuda həmçinin ABŞ dövlət katibinin köməkçisinin baş müavini Riçard Hoqland deyib. "Azərbaycan Çindən Mərkəzi Asiya, Xəzər regionu və Türkiyəyə tranzit məsələsində çox mühüm rol oynayır”, - deyə o, söyləyib.



.