ABŞ dövlət katibi Con Kerri hakimiyyətə məktub göndərib.
Kerrinin yazdığı məxfi məktubu Azərbaycan hakimiyyətinə onun Avrasiya məsələləri üzrə köməkçisi Erik Rubinin çatdıracağı bildirilir.
ABŞ-ın Bakıdakı səfirliyində məlumat təsdiqlənib.
Novoye-vremya.com xəbər verir ki, Rubin Bakıda yüksək vəzifəli hakimiyyət nümayəndələri və vətəndaş cəniyyətinin təmsilçiləri ilə görüşəcək.
***
ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri üzrə Bürosunda Dövlət katibinin köməkçisinin müavini Erik Rubin Azərbaycana qısamüddətli səfərə gəlib. Bu barədə Turan agentliyinin sorğusuna cavabda Amerika səfirliyinin mətbuat xidmətindən bildiriblər.
E.Rubin Azərbaycanda yüksək vəzifəli dövlət rəsmiləri və qeyri hökumət təşkilatları ilə görüşlər keçirəcək. Görüşlərdə qarşılıqlı ikitərəfli münasibətlər müzakirə ediləcək.
.
