Azərbaycan terrorçuluğa qarşı mübarizəni gücləndirməkdə davam edib.
Bu barədə ABŞ Dövlət Departamentinin terrorçuluqla mübarizəyə dair 2013-cü il hesabatında deyilir.
"Azərbaycan ABŞ-la terrorla mübarizəyə yönəlmiş əməkdaşlığı qoruyub saxlayır, habelə Qafqaz regionunda insan alveri, çirkli pulların yuyulması ilə məşğul olan terrorçu təşkilatlara qarşı çıxış edir”, - deyə sənəddə vurğulanıb.
Hesabatda qeyd olunub ki, Azərbaycanda xeyli sayda qanunsuz silah-sursat aşkarlanaraq müsadirə edilib.
Sənəddə həmçinin Azərbaycanın Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin terror əleyhinə tədbirlərinə qiymət verilib.
.
