ABŞ dövlət katibi Entoni Blinken və Fransa xarici işlər naziri Jan-İv Le Drian Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması barədə danışıblar.

Bu barədə Fransa XİN-in saytında nazir Jan-İv Le Drianın ABŞ səfərinin yekunları ilə bağlı yayımlanan bəyanatında bildirilib.

"ATƏT-in Minsk qrupunun həmsədr ölkələri olaraq Azərbaycanla Ermənistan arasında davamlı sülhün bərqərar edilməsinə yönəlmiş birgə fəaliyyətimiz barədə danışdım”, - deyə fransalı nazir bildirib.

Qeyd edək ki, Fransanın xarici işlər naziri iyulun 13-14-də Vaşinqtonda işgüzar səfərdə olub.

.