ABŞ Dövlət Katibi Entoni Blinken Küveytdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) direktoru Tedros Adan Gebreyesus ilə görüşüb və koronavirusun mənşəyinin öyrənilməsi üzrə araşdırmaların ikinci mərhələsini müzakirə edib.

TASS verdiyi məlumata görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays bildirib.

Məlumata əsasən, tərəflər digər məsələlərlə yanaşı ÜST-də islahatların davam etdirilməsi və qurumun gücləndirilməsi üçün əməkdaşlıq imkanlarını müzakirə ediblər.

.