“ABŞ və Rusiya nümayəndə heyətləri arasında Cenevrədə keçiriləcək danışıqlar Moskvanın NATO-nun genişlənməsi ilə bağlı narahatlığını müzakirə etmək üçün fürsət olacaq”.

Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“İndi bizim dialoq və diplomatiya yolu ilə Rusiyanın (NATO ilə bağlı) haqlı narahatlıqlarını, eləcə də Rusiyanın Avropadakı davranışı ilə bağlı digər ölkələrin çoxsaylı narahatlıqlarını həll edə biləcəyimizi görmək imkanımız var”,-deyə, Blinken əlavə edib.

Eyni zamanda, o vurğulayıb ki, ABŞ Rusiyaya münasibətdə diplomatiya və dialoq yolunu ən üstün yol hesab edir: “Lakin “qarşıdurma yolu ilə gedəcəyi təqdirdə qətiyyətli tədbirlərdən istifadə etməyə hazırdır”.

Blinken: “Rusiya Sovet İttifaqını yenidən qurmaq istəyir”

Rusiya geosiyasi baxımdan Sovet İttifaqı dövründə mövcud olan nizamın bərpasına nail olmaq istəyir.

Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

“Düşünürəm ki, belədir, bu, Rusiya prezidenti Vladimir Putinin məqsədlərindən biridir və bu, əvvəllər Sovet İttifaqının tərkibində olan ölkələr üzərində təsir dairəsini bərpa etmək deməkdir”.

Qeyd edək ki, ötən ilin dekabrın əvvəlində ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland bəyan etdi ki, Vaşinqton Moskvanın Sovet İttifaqını yenidən yaratmağa cəhd edə biləcəyindən narahatdır.

.