ABŞ Dövlət katibi Entoni Blinken İranın məmurlar da daxil olmaqla, ABŞ vətəndaşlarına sui-qəsd etməkdə maraqlı olduğunu bildirib.

Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayılan məlumatda qeyd edilib.

Blinken deyib ki, ABŞ İranın keçmiş və indiki məmurlar da daxil olmaqla, Amerika vətəndaşlarına hücumlara davam edən marağının fərqindədir: “İyulun 19-da dediyim kimi, müstəqil jurnalistləri qorxutmaq və susdurmaq cəhdlərinə dözməyəcəyik”.

ABŞ Maliyyə Departamentinin Xarici Aktivlərə Nəzarət İdarəsinin rəisi Andrea Qaki cümə günü İrana qarşı sanksiyaların siyahısının genişləndirildiyini, bu ölkənin daha dörd vətəndaşını sənədə əlavə edildiyini açıqlayıb: “ABŞ səlahiyyətlilərinə görə, sözügedən dörd nəfər İran əsilli amerikalı jurnalisti ABŞ-dan qaçırmaq və ixrac etmək üçün sui-qəsd təşkil etməklə məşğul olublar. Xaricdəki müxaliflərə qarşı hərəkətlər, hökumətin repressiyalarının İranın hüdudlarından çox kənarda olduğunu göstərir”.

Xatırladaq ki, ABŞ səlahiyyətliləri İranın xüsusi xidmət orqanlarını iyul ayında Nyu Yorkda yaşayan İran əsilli amerikalı jurnalisti qaçırmaq və nəql etmək üçün sui-qəsd təşkil etməkdə günahlandırıblar.

Rəsmi Tehran isə ABŞ-ın bu işlə bağlı ittihamlarını qəti şəkildə rədd edib.

.