ABŞ Dövlət katibinin köməkçisinin Cənubi Qafqaz, regional münaqişələr və Cənubi Avropa üzrə müavini Erika Olsonun regiona səfəri başlayıb.

“Sputnik Armenia” verdiyi xəbərə görə, Ermənistanda səfərdə olan E. Olson bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.

Görüş zamanı regionda təhlükəsizlik məsələləri barəsində fikir mübadiləsi aparılıb, Qarabağdakı humanitar vəziyyət müzakirə olunub.

Qeyd edək ki, E. Olsonun Ermənistana səfəri çərçivəsində ABŞ-ın Cənubi Qafqazdakı diplomatik missiyasının rəhbərlərinin iştirakı ilə İrəvanda iclas keçiriləcək. İclasa ABŞ-ın Ermənistandakı səfiri Lin M. Treysi, ABŞ-ın Gürcüstandakı səfiri Kelli C. Deqnan, ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer, amerikalı həmsədr Endryu Şofer və USAİD-ın Vaşinqton ofisinin direktorunun müavini Aleksandr Sokolovski də qatılacaq.

E. Olson Ermənistandan sonra müvafiq olaraq Azərbaycan və Gürcüstana səfər edəcək.

.