Rəsmi Vaşinqton həm Azərbaycan, həm də Ermənistanla istənilən formatda işləməyə hazırdır.

Bu barədə “Amerikanın Səsi” radiosunun Erməni Xidmətinin ATƏT-in Minsk qrupunun sonrakı taleyi və ABŞ-nin bu formatla bağlı sorğusuna cavab olaraq ABŞ Dövlət Departamentindən bildirilib:

“ABŞ hökuməti Azərbaycanla Ermənistanın dayanıqlı və əlverişli sülhün əldə olunması istiqamətindəki səylərini dəstəkləyir. Biz hər iki tərəflə onların razılığa gələ və irəliləyişə nail ola biləcəyi istənilən formatda işləməyə hazırıq”.

.