ABŞ Hərbi Dəniz Qüvvələrinin İtaliyadakı bazasında naməlum dron aşkar edilib.
“Stars and Stripes” qəzetinin xəbərinə görə, hadisədən dərhal sonra ehtiyat tədbirləri görülüb.
Məlumata görə, İtaliya hüquq-mühafizə orqanları araşdırma apararaq dronun içərisində partlayıcı maddələrin olmadığını və onun partlama təhlükəsi yaratmadığını müəyyən edib.
Bundan sonra hərbi bazanın fəaliyyətini əvvəlki vəziyyətinə qaytarılıb.
Hüquq-mühafizə orqanları dronu müsadirə edib.
Dronun haradan gəldiyi və bazanın ərazisinə necə düşdüyü ilə bağlı araşdırma aparılır.
.
