ABŞ nümayəndə heyəti gələn ay faydalı qazıntılar haqqında sazişin həyata keçirilməsi çərçivəsində Ukraynaya səfər edəcək.

Yenizaman Ukrayna KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat naziri Aleksey Sobolev bildirib.

Onun sözlərinə görə, sentyabrda Ukraynanın bərpası üzrə birgə investisiya fondunun iclası da keçiriləcək.

"İndi biz fondun növbəti 12 ay ərzində investisiya qoya biləcəyi layihələrin siyahısını hazırlayırıq. Sentyabrda Birləşmiş Ştatlardan böyük nümayəndə heyəti gələcək. Ümid edirik ki, bu il fondun ilk investisiyaları məlum olacaq", - nazir bildirib.

O əlavə edib ki, iri investisiyaların stimullaşdırılmasını nəzərdə tutan qanun layihələri baxılmaq üçün Ali Radaya təqdim edilib.

Qeyd edək ki, bu ilin aprelində tərəflər faydalı qazıntıların birgə hasilatı və investisiya fondunun yaradılması haqqında saziş imzalayıblar.

.