ABŞ-nin Hyuston şəhərində (Texas ştatı) helikopterin qəzaya uğraması nəticəsində bir neçə nəfər həlak olub.

YenizamanTASS-a istinadən xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə oktyabrın 20-də axşam saatlarında göyərtəsində biri uşaq olmaqla 4 nəfərin olduğu şəxsi helikopterin radio qülləsinə çırpılması nəticəsində baş verib. Qəza yerində yanğının baş verdiyi bildirilir.

İnsidentlə bağlı araşdırmalara başlanılıb.

.