Havay adalarında baş verən yanğınlar nəticəsində ölənlərin sayı 89 nəfərə çatıb.
Reuters xəbər verir ki, bu barədə ştatın qubernatoru Coşa Qrin məlumat verib.
Onun sözlərinə görə, yanğın ABŞ-də son yüz ildə baş vermiş bütün yanğınlar arasında ən çox insan ölümünə səbəb olub.
Daha əvvəl 80-ə yaxın insanın öldüyü bildirilirdi.
Havay arxipelaqının kiçik adalarından biri olan Maui adasında meşə yanğını çərşənbə günü başlayıb.
Güclü külək səbəbindən yanğın qısa zamanda turistik Lahaina şəhərinə də keçib.
Nəticədə şəhər tamamilə yanıb.
İnsanlar yanğından qurtulmaq üçün okeana giriblər. Onlar Sahil Mühafizəsi və könüllülər tərəfindən xilas edilib.
.