ABŞ-ın Baltimor şəhərində yerləşən Merilend Universitetinin şəhərciyində atışma baş verib.
APA-nın "Baltimore Sun”a istinadən verdiyi xəbərə görə, atışma nəticəsində 3 nəfər ölüb.
Naməlum şəxs avtomobillə şəhərciyə daxil olaraq, odlu silahdan atəş açmağa başlayıb. Nəticədə bir nəfər aldığı güllə yarası nəticəsində hadisə yerindəcə keçinib, daha 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan ikisi ölüb.
Asayiş keşikçiləri ərazini mühasirəyə alıb.
Faktla bağlı araşdırma aparılır.
.