2021-ci ildə ABŞ-da tibbi marixuana satışlarından əldə olunan gəlir 30% artaraq 24,5 milyard ABŞ dollarına çatıb.

Bu barədə “MJBiz” agentliyi məlumat yayıb.

Bu rəqəm məşhur qəhvə şəbəkəsi “Starbucks Corp”un gəlirini üstələyib. “MarketWatch” qeyd edir ki, şirkətin satışları 25 faiz geriləyib. Eyni zamanda, çətənə ölkənin 39 ştatında qanuniləşdirilib, “Starbucks” isə 50 ştatın hamısında fəaliyyət göstərir.

Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə ABŞ-da 52,8 milyard ABŞ dolları dəyərində siqaret satılıb, qlobal opioid satışı isə 23,2 milyard ABŞ dolları olub.

.