ABŞ-da prezident seçkilərinin nəticələri ilə bağlı son məlumatlar yayılıb.

“USA Today” xəbər verir ki, son nəticəyə görə, Demokrat Partiyasının namizədi Co Bayden 72 055 975 seçici səsi (50,4 %), Respublikaçıların namizədi Donald Tramp isə 68 597 329 səs (48 %) qazanıb.

Beləliklə, Bayden Seçkiçilər Kollegiyasında 264 səsə, Tramp isə 214 səsə malikdir.

Seçkilərdə qələbə üçün hər hansı bir namizəd 270 səs toplamalıdır.

ABŞ-da ümumi seçkilər çərçivəsində 35 senator, Nümayəndələr Palatasına 435 üzv, 13 ştat və bölgə qubernatorları, yerli hökumət nümayəndələri seçilib.

.