Yuta ştatının Speniş-Fork şəhərində dəhşətli qətl hadisəsi baş verib. 34 yaşlı polis zabiti Coşua Boren ailə üzvlərini güllələyib, sonra intihar edib.
İTAR-TASS agentliyinin verdiyi məlumata görə, Boren əvvəl həyat yoldaşı və qayınanasını, sonra 7 yaşlı oğlu və 5 yaşlı qızını qətlə yetirib.
Yerli mənbələr son aylar polis əməkdaşının həyat yoldaşı ilə münaqişədə olduğunu bildirib.
.