Vaşinqtonda naməlum şəxslər kütləyə atəş açıb, 3 nəfər ölüb, 3 nəfər yaralanıb.

“NBC Washington” telekanalı verdiyi məlumata görə, hadisə dünən axşam saatlarında ABŞ paytaxtının şimal-qərbində baş verib.

Naməlum şəxslər avtomobildən yaxınlıqdakı insanlara atəş açıb, daha sonra hadisə yerindən qaçıblar.

Cinayətkarları tapmaqda kömək edəcək şəxslərə 75 min dollar mükafat ayrılıb.
 

.