ABŞ-da “Moderna” şirkəti tərəfindən hazırlanan koronavirus peyvəndinin qiyməti bir kurs üçün təqribən 50-60 dollar ola bilər.

Bu barədə “Financial Times” xəbər yayır.

Qeyd olunur ki, belə qiymət peyvəndin ölkə daxilində satılması, habelə əhalinin yüksək gəliri olan ölkələrə ixracı üçün təyin edilə bilər.

Eyni zamanda, vaksinin hazırlanması ilə məşğul olan digər şirkətlər məhsullarının dəyərini daha ucuz qiymətləndiriblər.

Xüsusilə “Pfizer” və “BioNTtech” bir doza üçün 19,5 dollar, “AstraZeneca” 3-4 dollar arasında qiymət təqdim edib.

.