Oreqon ştatının Duqlas dairəsinin şerifi Con Xanlin mətbuat konfransında bildirib ki, Rezberq şəhəri yaxınlığındakı kollecdə baş vermiş atışma nəticəsində 10 nəfər ölüb, 7 nəfər isə yaralanıb.
Bundan əvvəl insident nəticəsində 15 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı bildirilmişdi.
Silahlı hücumu törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları ilə atışma zamanı öldürülüb.
"Atəş açan şəxs barəsində və hadisənin motivlərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır”, deyə Con Xanlin bildirib.
.