Mütəxəssislər Koloradoda ilk dəfə koronavirusun yeni ştammına yoluxmanı qeydə alıblar.

“The Washington Post” qəzeti xəbər verir ki, bu barədə açıqlama ilə ştatın qubernatoru Cared Polis çıxış edib.

"Bu gün biz Koloradoda COVID-19-un Birləşmiş Krallıqda aşkar olunmuş yeni B.1.1.7 növünə birinci yoluxma halını qeydə aldıq", - o qeyd edib.

Qəzetin məlumatına görə, bu, virusun yeni ştammı ilə ABŞ-da birinci yoluxma hadisəsidir.

Daha əvvəl Almaniyada, İsveçrədə, Nigeriyada, Kanadada, İtaliyada, habelə digər ölkələrdə koronavirusun ilk dəfə Britaniyada aşkarlanmış ştammına yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, koronavirusun yeni ştammı daha çox yoluxucudur, buna görə də təhlükəli sayılır.

.