Amerikanın Minnesota ştatının 2 vətəndaşı terrorizmə maliyyə yardımı etdiyinə görə həbs edilib.
ANS PRESS-in məlumatına görə, tutulananlardan biri 20 yaşlı Abdi Nur qiyabi ittiham olunub. Polis hesab edir ki, o İŞİD terror təşkilatının üzvüdür.
Öz növbəsində ikinci tutulan 18 yaşlı Abdulla Yusif də bu yay Minneapolis/Sent-Pol beynəlxalq hava limanında Türkiyə gedərkən saxlanılıb. O terrorçulara qoşulmaq istəyirmiş.
Qeyd edək ki, ABŞ Dövlət Departamenti terror təşkilatına hava hücumlarından sonra koalisiyaya daxil olan ölkələrdə terror aksiyaları həyata keçirmə riskinin artdığını bildirib. ABŞ hesab edir ki, xüsusilə Orta Şərq, Şimali Afrika, Avropa və Asiya başda olmaq üzrə bütün dünyada ABŞ-a və koalisiya ölkələrinə qarşı terror aksiyaları həyata keçirilə bilər.
.