
Los-Ancelesdə Ferqüson məhkəməsinin qərarı ilə razılaşmayan 200 nəfərdən çox etirazçı polis tərəfindən həbs edilib.
İnfoAZ.org xəbər verir ki, Los-Anceles şəhərində haqlı etirazını bildirmək üçün küçələrə çıxan insanlara polis dağılışmaq üçün 4 dəqiqə vaxt verib. Etirazçılar dağılışmayınca polis zor tətbiq edərək, onları avtobuslara doldurub.
Polisin əmrinə tabe olmamaqdan həbs olunanların zaminə çıxması üçün 500 dollar məbləğində pul tələb olunub.
Los-Ancelesdə etiraz aksiyaları üçüncü gündür ki, davam edir. Aksiyada "Qatillərin cəzalandırılmasını tələb edirik!”, "Aksiyaçıları azad edin, qatilləri həbs atın!” kimi şüarlar səsləndirilib. Lakin buna baxmayaraq ABŞ hökümətinin əraziyə səfərbər etdiyi polislər dinc etirazçılara qarşı vəhşiliklərini davam etdirməkdədir.
.