
Rejissor Ülviyyə Könülün "Həddən artıq uyğunluq” filminin qala gecəsi baş tutub.
Axşam.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində baş tutan gecədə filmin yaradıcı heyəti və tanınmış simalar iştirak edib.
Romantik komediya janrlı filmdə rolları xalq artisti Afaq Bəşirqızı, aktyorlar Aydan Axundova, Kamran Ağabalayev, aparıcı Tural Əsədov və başqaları canlandırıb. Çəkilişləri ABŞ-da və Azərbaycanda aparılan filmin ssenari müəllifləri Ramiz Fətəliyev və Aleksandr Mərdan, quruluşçu operatoru Nadir Mehdiyev, quruluşçu rəssamı Rafiq Nəsirov, icraçı prodüseri Tofiq Musayev, prodüseri Müşfiq Hətəmovdur.
Filmin nümayişindən əvvəl yaradıcı heyət Xəzər dənizində itkin düşən 10 neftçinin xatirəsini yad edib.
Gecədə çıxış edən "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov kinostudiya tərəfindən müxtəlif janrlarda və mövzularda filmlər çəkildiyini söyləyib.
Foto: Ramin ASLANOV

































.