2035-ci ilə ABŞ-da daxili yanacaq mühərrikli avtomobillərin satışına qadağa quvvəyə minəcək.

Bunu Qlazqoda keçirilən iqlim konfransı (COP26) çərçivəsində ABŞ prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri deyib.

Onun sözlərinə görə, 2030-cu ilə kimi ABŞ bazarında satılan avtomobillərin 50 %-i, 2035-ci ilə kimi isə 100 %-i elektromobil olacaq: "Ford” və “General Motors” kimi şirkətlər artıq bunun altından imza atıb. Digər avtomobil istehsalçısı “Stellantis” də elektrikli avtomobillərin satışını artırmaq istəyir. Lakin şirkətlərin nümayəndələri bəyan edir ki, belə iddialı planın həyata keçirilməsi ancaq istehlak tələbi, həmçinin infrastrukturun inkişafı üçün stimullaşdırıcı tədbirlər şəklində dövlət dəstəyinin olacağı təqdirdə realdır".

.