ABŞ-da müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimə qarşı növbəti dəfə hörmətsizlik edilib. Bu dəfə keçmiş hərbçi Ben Smith Çay Partiyasında çıxışı zamanı müqəddəs kitabı yerə atıb.
Amerika donanmasının əsgəri olmuş Ben Smithin bu hərəkəti ətrafındakı insanlar tərəfindən alqışla qarşılanıb. Hadisənin lentə alınması isə təhqir faktının dünya mediasında gündəmə çevrilməsinə səbəb olub.
Məlumat üçün bildirək ki, Amerikada buna qədər İslam müqəddəslərinə qarşı təhqiramiz hərəkətlər dünya müsəlmanları tərəfindən etirazla qarşılanmış və hətta bu ölkənin səfirlikləri qarşısında etiraz aksiyalarının keçirilməsinə səbəb olmuşdu.


.