ABŞ Prezidenti Donald Tramp 8 Çin mobil ödəmə tətbiqinə nəzarət edən şəxslər ilə əməliyyatları qadağan edib.

Bu barədə Trampın sərəncamının mətnində deyilir.

Sərəncam 45 gün sonra - fevralın 19-da, başqa sözlə, Trampın prezidentlikdən getməsindən təxminən bir ay sonra qüvvəyə minəcək. Amma onun xələfi Cozef Baydenin bu tədbirlərdən imtina etmək hüququ var.

Tramp bu addımı ölkənin milli təhlükəsizliyi üçün potensial təhlükə ilə əlaqələndirib.

Qadağa “Alipay”, “CamScanner”, “QQ Wallet”, “SHAREit”, “Tencent QQ”, “VMate”, “WeChat Pay” və “WPS Office” tətbiqetmələrini əhatə edir.
 

.