Amerika Birləşmiş Ştatları əczaçılıq məhsulları üçün gömrük rüsumları tətbiq edəcək və bunun cari ayın sonunda baş verəcəyi ehtimal olunur.

Yenizaman “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyanatla çıxış edib.

“Biz rüsumları tətbiq edəcəyik, çox güman ki, ayın sonunda”, – deyə onun sözlərini "Bloomberg" agentliyi sitat gətirib.

Ağ Evin rəhbəri qeyd edib ki, Vaşinqton əvvəlcə aşağı dərəcəli rüsumlarla başlayacaq və əczaçılıq şirkətlərinə istehsalı ABŞ-yə köçürmək üçün “təxminən bir il” vaxt verəcək, daha sonra isə rüsumun həcmini “çox yüksək” səviyyəyə çatdıracaq.

.