ABŞ Maliyyə Nazirliyi Belarusun səkkiz rəsmi şəxsinə qarşı sanksiya tətbiq edib.

“Qara siyahı”da Belarusun Daxili İşlər naziri Yuri Karayev, Daxili Qoşunların Komandanı Xazalbek Atabekov, OMON-un komandiri Dmitriy Balabanın adı da daxil edilib.

“Maliyyə Nazirliyi  9 avqustda Belarusda keçirilən prezident seçkilərinin saxtalaşdırılmasında və ya dinc nümayişçilərə sərt təzyiq göstərilməsində rollarına görə səkkiz şəxsə qarşı sanksiya tətbiq edir. Bu tədbirlər, 13 405 saylı icra qərarına uyğun olaraq, Belarusda demokratik proseslərin pozulmasında məsul olan və ya iştirak edən şəxslərə qarşı yönəldilib” deyə, məlumatda qeyd olunub.

.