
Pentaqonun Avropadakı qüvvələrinə dəyişiklik ütmək planı ABŞ-a ildə 500 mln dollaradək vəsait qənaət etməyə imkan yaradacaq.
APA-nın verdiyi xəbərə görə, bu barədə hərbi qurumun məlumatında bildirilir.
Məlumata görə, restrukturizasiya 15-dək hərbi bazanı əhatə edəcək. Söhbət, ilk növbədə, Böyük Britaniya və Portuqaliyadakı hərbi və mülki heyətlərdən gedir. Qeyd olunan prosesin bir neçə il davam edəcəyi ehtimal olunur.
Məlumata görə, Böyük Britaniyadakı hərbi bazalarda şəxsi heyətin sayı 2 min nəfərədək azaldılacaq. Bu əsasən ABŞ-ın quru qoşunlarına və hərbi-hava qüvvələrinə aiddir.
.