ABŞ 2002-ci ildən Azərbaycanda adi silahların zərərsizləşdirilməsi işlərinə 22 milyon dollar vəsait sərf edib. APA-nn məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
"NATO-nun SNT Etimad Fondu layihəsində aparıcı rol oynayan ABŞ Ceyrançöl layihəsinin növbəti mərhələsində də aparıcı rol oynamaqdan qürur duyur”, - deyə o, söyləyib.
R. Morninqstarr qarşıdan gələn 2 il ərzində ABŞ-ın Ceyrançöl layihəsi üzrə ANAMA-ya əlavə 23 kv. km-lik ərazinin təmizlənməsində dəstək verəcəyini bildirib.
.
