"Azərbaycanın Baş nazirinin müavini Abid Şərifov hazırda iş başındadır”.

Bunu Publika.az-a açıqlamasında Abid Şərifovun xidməti telefonuna cavab verən köməkçisi bildirib.
O, adını söyləmək istəmədiyini və Abid Şərifovun səhhəti ilə bağlı yayılan xəbərlərin yalan olduğunu söyləyib:
"Hazırda Abid müəllim iş başındadır. Onun səhhəti ilə bağlı yayılan xəbərlər yalandır”.

İsrailin RAMBAM Klinikası Azərbaycanın baş nazirinin müavini Abid Şərifovun səhhəti ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

RAMBAM klinikasındanAzNews.az-a verilən məlumata görə, bir müddət əvvəl Abid Şərifovun səhhətində problem yaranıb:

"Abid Şərifov RAMBAM klinikasına gətirilib. O, klinikanın kardioloji şöbəsinə yerləşdirilib. Müalicə aldıqdan sonra apelin 1-də xəstəxanadan ayrılıb. Vəziyyəti yaxşıdır.”

RAMBAM Klinikası Abid Şərifovun xəstəxanaya nə vaxt daxil olması və hansı prosedurlardan keçməsi ilə bağlı əlavə məlumat verməyib.


Ötən həftə Azərbaycanın baş nazirinin müavini Abid Şərifovun səhhəti kəskin pisləşib və o, təcili olaraq xüsusi təyyarə ilə İsrailə aparılıb.

Məlumatı minval.az İsrail KİV-lərinə istinadən yayıb. Newsru.co.il bildirir ki, Abid Qoca oğlu Şərifov İsrailin Hayfa şəhərindəki RAMBAM xəstəxanasına yerləşdirilib. Onun xəstəxanaya ürəyin fəaliyyətinin kəskin pisləşməsi diaqnozu ilə daxil olduğu və kardiologiya bölməsində yerləşdirildiyi bildirilir.

Məlumata görə 77 yaşlı vitse-premyerin vəziyyəti ötən həftənin ortalarında pisləşib, o, əvvəlcə Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib. Lakin yerli həkimlər xəstəni analiz edərək belə qənaətə gəliblər ki, onun vəziyyəti ciddidir, həyati təhlükəsi var və İsrail kardioloqları tərəfindən müayinə olunsa yaxşıdır.

Abid Şərifovun İsrailə aparılmasını "Xorev” tibb mərkəzinin rəhbəri, doktor Roman Barak koordinasiya edib. Hayfaya çatanda onu artıq mütəxəssislər qrupu gözləyirdi.



.