Tədbiri açan filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyev tələbələr tərəfindən sevgi və hörmətlə qarşılanan şairin həyat və yaradıcılığı barədə məlumat verib. Tədbirdə professorlar - Abdulla Abasov və Əyyub Əzizov Nəriman Həsənzadənin yaradıcılığı, onun xalq tərəfindən sevilməsinin səbəbləri barədə danışıblar.
Sonra xalq şairinə həsr edilən video-çarx nümayiş etdirilib, müəllifi olduğu şeirlər səsləndirilib. Fakültə tələbələri tərəfindən onun sözlərinə bəstələnmiş mahnılar ifa olunub.
Sonda Nəriman Həsənzadə filologiya fakültəsinin kollektivinə xoş qarşılanmaya görə təşəkkür edib, gənc tələbə-yazarlara ədəbi tövsiyələrini verib, onlara gələcək yaradıcılıqlarında uğurlar arzulayıb.
