"Azersun Holdinq” şirkəti gömrük rüsumları və vergilərin azaldılmasının tərəfdarıdır.Oxu.az xəbər verir ki, bu barədə holdinqin rəhbəri Abdulbari Gözəl III "Caspian Energy Forumu”nda iş adamlarının neftin qiymətinin düşməsi və manatın devalvasiyası fonunda Azərbaycan hökumətinə verdiyi təkliflərində bildirib.
Onun sözlərinə görə, neftin qiymətinin düşməsi qısa zaman üçün Azərbaycan hökumətinə mənfi, amma uzun zaman üçün müsbət təsir göstərəcək.
"Düşünürəm ki, yüngül sənayenin inkişafına diqqət artırılmalıdır. İqtisadiyyatda baş verən hadisələrdən yeganə çıxış yolu iş adamlarına dövlətin dəstəyi olmalıdır,” - Gözəl deyib.
Qeyd edək ki, gömrük rüsumlarının azaldılması Azərbaycanda inhisarın zəifləməsinə gətirib çıxaracaq. .
