İranın xarici işlər naziri Abbas Əraqçi türkiyəli həmkarı Hakan Fidanla regiondakı vəziyyəti müzakirə edib.

Bu barədə İran Xarici İşlər Nazirliyi (XİN)mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

İran diplomatiyasının rəhbəri İranın öz suverenliyini və ərazi bütövlüyünü qorumaq əzmini vurğulayıb.

O bildirib ki, İranın ABŞ və İsrailin hərbi bazalarına və obyektlərinə zərbələr endirməsi özünümüdafiə hüququ çərçivəsində həyata keçirilir.

Hörmüz boğazının bloklanması mövzusunu müzakirə edən A.Əraqçi qeyd edib ki, regionda yaranmış qeyri-sabitlik ABŞ və İsrailin addımlarının "birbaşa nəticəsidir".

Öz növbəsində Türkiyənin XİN rəhbəri regionda müharibənin davam etməsinin nəticələrinə diqqət çəkib və region ölkələrinin nümayəndələri ilə son məsləhətləşmələr barədə danışıb.

Hakan Fidan gərginliyin azaldılması və İranla Yaxın Şərq ölkələri arasında münasibətlərin möhkəmləndirilməsi üzrə səylərin vacibliyini vurğulayıb.

.